|
Bu
səhifədə mən sizə öz ölkəm haqqında bəzi məlumatları vermək istəyirəm.

Azərbaycan Dövlətinin 1828-ci ildən iki hissəyə
ayrılmasından sonra, ərazilərin İran, Rusiya, Dağıstan, Gürcüstan
arasında bölüşdürülməsi, Azərbaycan əraziləri hesabına Ermənistan adlı
dövlətin yaradılması haqqında məlumatlar.
Azərbaycan coğrafi addır. Bu ad bir tərəfdən bu ərazidə eradan çox-çox əvvəl
yaşayan əhalinin əksəriyyətinin atəşpərəst olması ilə bağlıdır. Yəni bu ərazidə
yaşayan əhali odu allah sayırdılar, oda tapınırdılar. "Azər" - od, atəş deməkdir.
O biri tərəfdən, Azərbaycan ərazisində qədim zamanlarda türk soylu "Azər"
sözündəndir. "Azər" - "az" və "ər" tərkibindən ibarətdir. Türk dillərində "az"ın
yaxşı niyyət, uğurlu tale kimi anlamları var. "Azər" - yəni "ər kişi", "ər oğlu",
"od qoruyan" deməkdir. Deməli "Azərbaycan" bu ərazidə yaşayan qədim türk dilli
qəbilənin adından əmələ gəlmişdir.
Azərbaycan Respublikası Trans
Qafqazın ən böyük dövlətidir və Avropa ilə Asiya arasında strateji keçid qapısı
kimi əhəmiyyət daşıyır. Azərbaycanın ərazisi 86.6 min kvadrat kilometr, əhalisi
isə 8.4 milyondan artıqdır.
Bu gün Azərbaycanda nəhəng enerji layihələri yerinə yetirilməkdədir. Xəzər
dənizinin Azərbaycana aid olan hissəsində neft və qaz layihələri uğurla həyata
keçirilir. Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən
və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa
və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz
nəqliyyat dəhlizinin inkişafında, nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı
və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə çevrilmişdir.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və
onun ağır nəticələrinə (Ermənistan Dağlıq Qarabağ və onun inzibati
sərhədlərindən kənarda yerləşən 7 rayonu işğal edib. Ölkənin 8 milyonluq
əhalisinin 1 milyonu qaçqın-köçkündür) baxmayaraq, ölkəmiz bütün potensialını
səfərbər edərək demokratik inkişaf yolunda böyük uğurlar əldə etməkdədir.
Azərbaycan mürəkkəb və sərt maneələri dəf edərək demokratik, hüquqi, dünyəvi
dövlət quruculuğu və vətəndaş cəmiyyəti formalaşması istiqamətində mühüm və
qətiyyətli addımlarını atmaqda davam edir.
Azərbaycan Respublikasının
Dövlət rəmzləri
Dövlət Bayrağı

Dövlət Gerbi

Dövlət Himni
Musiqisi: Üzeyir Hacıbəyovun
Sözləri: Əhməd Cavadındır
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!
Himni yüklə

Bakı şəhərinin və İçərişəhərin
görüntüləri.


Qız qalası (XII əsr).

Şirvanşahlar sarayı (XV əsr).

İsmayıllı rayonunda qədim Lahıc kəndi (III-VII
əsrlər).

|